Bakıda “Qlobal çağırışların həllində qadın liderliyinin rolu: Azərbaycan və Şimali Avropa-Baltik ölkələrindən təcrübələr” mövzusunda panel müzakirəsi keçirilib.

Oxuma müddəti

0

dəq.

Bunu paylaş

Linki kopyalayaraq paylaş

“Qlobal çağırışların həllində qadın liderliyinin rolu” mövzusunda panel müzakirəsi keçirilib

Bakıda “Qlobal çağırışların həllində qadın liderliyinin rolu: Azərbaycan və Şimali Avropa-Baltik ölkələrindən təcrübələr” mövzusunda panel müzakirəsi keçirilib.

Aprelin 20-də Şimali Avropa və Baltik ölkələrinin səfirlikləri Gender & Media Watch və Kitabıstan Tədqiqat Mərkəzinin tərəfdaşlığı və birgə təşkilatçılığı ilə “Qlobal çağırışların həllində qadın liderliyinin rolu: Azərbaycan və Şimali Avropa-Baltik ölkələrindən təcrübələr” mövzusunda panel müzakirəsi keçirilib.

 

Diplomatik korpus, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici ekspertləri, vətəndaş cəmiyyəti fəallarını, eləcə də mövzu ilə maraqlanan ictimaiyyəti bir araya gətirən bu tədbir çoxşaxəli dialoq üçün mühüm platforma rolunu oynayıb.

 

Tədbirin əsas məqsədi qlobal miqyasda artan çağırışlar - münaqişələr, sosial bərabərsizliklər, iqtisadi transformasiyalar və informasiya mühitindəki dəyişikliklər fonunda qadın liderliyinin rolunu müzakirə etmək, həmçinin Şimali Avropa və Baltik ölkələrinin təcrübələrini Azərbaycan ictimaiyyətinə təqdim etməkdir.

 

Tədbirin açılış hissəsində Litvanın Baş naziri İnqa Ruqinienenin xüsusi olaraq bu tədbir üçün əvvəlcədən hazırlanmış video müraciəti təqdim olunub. Video mesajda qadın liderliyinin gücləndirilməsi, qərarqəbuletmə proseslərində qadınların rolunun artırılması və inklüziv cəmiyyətlərin qurulmasının əhəmiyyəti vurğulanıb.

 

Ardınca Finlandiyanın keçmiş prezidenti Tarya Halonenin Kitabıstan üçün verdiyi eksklüziv müsahibədən qadın hüquqlarının qorunması və qadın liderliyinin təşviqi ilə bağlı hissə nümayiş etdirilib.

 

Kitabıstan Tədqiqat Mərkəzinin həmtəsisçisi, Gender & Media Watch-un təsisçisi Mələk Hacıyevanın moderatorluğu ilə keçirilən panel müzakirəsində yerli ekspertlərlə yanaşı Şimali Avropa və Baltik ölkələrindən olan spikerlər, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ofisinin rəhbəri Kanako Mabuçi, CMI Martti Ahtisaari Sülh Fondunda baş məsləhətçi Jalə Sultanlı, Latviya Ticarət Palatasının Azərbaycandakı nümayəndəsi və “PowerHouse Latvia”nın beynəlxalq əməkdaşlıq, analitika və məsləhətçi qrupunun direktoru Liqa Siçeva və Menarki platformasının təsisçisi Səbinə Nəcəfova çıxış ediblər.

 

Spikerlər qadınların liderlik mövqelərində təmsilçiliyinin artırılması, qərarqəbuletmə proseslərində rolu, sülh quruculuğu, biznes və sosial sahibkarlıq sahələrində iştirakına dair fikirlərini bölüşüblər.

 

Müzakirələr çərçivəsində həmçinin gender bərabərliyinin təşviqində institusional mexanizmlər, ictimai stereotiplərin təsiri, eləcə də qadınların liderlik potensialının reallaşdırılması üçün mövcud maneələr və imkanlar geniş şəkildə müzakirə edilib. Panel iştirakçıları müxtəlif regional və beynəlxalq təcrübələrə əsaslanaraq inklüziv və dayanıqlı inkişaf üçün qadın liderliyinin vacibliyini vurğulayıblar.

 

Tədbirdə Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri cənab Ole Toft, Finlandiyanın Cənubi Qafqaz ölkələri üzrə səfiri xanım Kirsti Narinen, Latviyanın Azərbaycandakı səfiri cənab Edqars Skuja, Litvanın Azərbaycan və Türkmənistandakı səfiri cənab Kestutis Vaskeleviçius, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson, Estoniyanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Yak Lensment, Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç, Belçikanın Azərbaycandakı səfiri cənab Julyen de Frepon və Niderlandın Azərbaycandakı səfiri xanım Marianne de Yonq şəxsən iştirak ediblər.

 

Tədbir interaktiv sual-cavab sessiyası ilə davam edib.
 

İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson (solda) və 
Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç (sağda)
Niderlandın Azərbaycandakı səfiri xanım Marianne de Yonq (solda),
Litvanın Azərbaycan və Türkmənistandakı səfiri cənab Kestutis Vaskeleviçius (ortada) və
Belçikanın Azərbaycandakı səfiri cənab Julyen de Frepon (sağda)
Finlandiyanın Cənubi Qafqaz ölkələri üzrə səfiri xanım Kirsti Narinen

 

Kitabıstan Tədqiqat Mərkəzinin həmtəsisçisi və Gender & Media Watch-un təsisçisi Mələk Hacıyeva
 
İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson
Litvanın Azərbaycan və Türkmənistandakı səfiri cənab Kestutis Vaskeleviçius
Latviyanın Azərbaycandakı səfiri cənab Edqars Skuja
Estoniyanın Azərbaycandakı Müvəqqəti işlər vəkili Yak Lensment
Finlandiyanın Cənubi Qafqaz ölkələri üzrə səfiri xanım Kirsti Narinen
Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri cənab Ole Toft
Kitabıstan Tədqiqat Mərkəzinin həmtəsisçisi Şəhriyar Məcidzadə (sağda)
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ofisinin rəhbəri Kanako Mabuçi
CMI Martti Ahtisaari Sülh Fondunda baş məsləhətçi Jalə Sultanlı
Latviya Ticarət Palatasının Azərbaycandakı nümayəndəsi və “PowerHouse Latvia”nın beynəlxalq əməkdaşlıq, analitika və məsləhətçi qrupunun direktoru Liqa Siçeva (sağda)
Menarki platformasının təsisçisi Səbinə Nəcəfova

22.04.2026

 

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Məzmun tipi

Mövzular