Nordic Talks

“Nordic Talks” nədir?

 

“Nordic Talks” layihəsi Kitabıstan və dörd Skandinaviya ölkəsinin - Danimarka, Finlandiya, Norveç və İsveçin Azərbaycandakı səfirliklərinin tərəfdaşlığı, Skandinaviya Nazirlər Şurasının dəstəyi ilə başladılıb. Məqsədimiz qlobal problemlərə həll yolu olaraq Skandinaviya ölkələrinin strategiyalarını, həmçinin bu ölkələrin inkişaf modellərini, təcrübələrini konfranslar, müzakirələr vasitəsilə təqdim etməkdir.

 

Niyə Skandinaviya ölkələri?

 

Yüksək həyat keyfiyyəti, güclü sosial strukturları ilə tanınan Skandinaviya ölkələri davamlı inkişaf, təmiz ekologiya, təhsil, gender bərabərliyi kimi məsələlərdə də qlobal indekslərdə liderdir. Buna görə bu ölkələrin sosial həyat və ətraf mühitə dair uğurlu modelləri və təcrübələrini Azərbaycanda daha geniş auditoriyaya çatdırmağı hədəfləyirik.

 

Nədən başladıq?

 

Hazırda dünyanın ən böyük problemlərindən biri iqlim dəyişikliyidir. Karbon emissiyalarının artması, buzlaqların əriməsi, okenların səviyyəsinin qalxması və ekstremal təbiət hadisələrinin tez-tez baş verməsi planetimizin gələcəyini təhdid edir. Bu vəziyyət təcili və effektiv həllər tələb edir.

 

Bu sahədə effektiv həll yolları təqdim edən ölkələr arasında Skandinaviya ölkələrinin xüsusi yeri var. Buna görə də biz “Nordic Talks”a “Skandinaviya yaşıl modeli”ni təqdim etməklə başlayırıq. Məqsədimiz Skandinaviya ölkələrinin yaşıl keçidini və onların iqlim dəyişikliyi ilə mübarizə təcrübələrini təqdim etməkdir. Skandinaviya ölkələri bərpa olunan enerjidən istifadə, karbon emissiyalarının azaldılması sahəsində dünyada ilk sıralarda yer alır. Bu kontekstdə biz yaşıl enerji layihələri, tullantıların idarə edilməsi, ekoloji təmiz nəqliyyat və təbiətin mühafizəsi kimi bir çox sahələrdə qabaqcıl təcrübələri təqdim etməyi hədəfləyirik.

 

Layihənin veb saytı: Nordic Talks

Bunu paylaş

Linki kopyalayaraq paylaş

Məzmun tipi

Xəbərlər

Müsahibələr

Videolar

Nəşrlər

Məqalələr

Küçə sorğuları

Tədqiqat əsaslı videolar

Hesabatlar

Kitablar

Bəyanatlar

Mövzular

Mədəniyyət

Şəffaflıq

Təhsil

Ədəbiyyat

Fəlsəfə

İfadə azadlığı

Sülh

Demokratiya

Qanunun aliliyi

İnsan haqları

Gender

Gender bərabərliyi

Qadınların gücləndirilməsi

İqlim

Dayanıqlı inkişaf

Layihələr

Kitab nəşrləri

Kitabıstan Talks

Veritas Dialogues səfirlərlə

Veritas Dialogues xarici ekspertlərlə

Nordic Talks

Tədqiqat

BMT Dayanıqlı İnkişaf Məqsədləri

1 Yoxsulluğa son

2 Aclığa son

3 Yaxşı səhiyyə və rifah

4 Keyfiyyətli təhsil

5 Gender bərabərliyi

6 Təmiz su və sanitariya

7 Sərfəli və təmiz enerji

8 Layiqli əmək və iqtisadi artım

9 Sənaye, innovasiya və infrastruktur

10 Bərabərsizliyin azaldılması

11 Dayanıqlı şəhərlər və icmalar

12 Məsuliyyətli istehsal və istehlak

13 İqlim dəyişikliyinə qarşı mübarizə

14 Dəniz ekosisteminin mühafizəsi

15 Torpaq ekosisteminin mühafizəsi

16 Sülh, ədalət və səmərəli institutlar

17 Məqsədlər üçün tərəfdaşlıq

Bunu paylaş

Linki kopyalayaraq paylaş