Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

Bu kitabı sifariş etmək üçün +994 70 537 21 84 nömrəsi ilə WhatsApp-dan əlaqə saxlayın
Kitablara geri qayıt
Boğuluram
Cover photo of 'Boğuluram' the book
Müəllif : Corc Oruel
Kateqoriya : Proza
Nəşriyyat : Parlaq imzalar nəşriyyatı

9.60 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

“Güclü yumor dilinə malik olmaqla yanaşı, həyatın gerçəkliklərini olduqca gözəl və dəqiq əks etdirir... “1984”ü burada rüşeym halında görə bilərik. Həmçinin “Heyvanıstan”ı da... Həm zəngin oxuma zövqü yaşadan, həm də iki klassik əsərin toxumlarını eyni zamanda özündə daşıyan romanlar asanlıqla ələ düşmür”. Con Kari, “The Sunday Times” İnsanın ən çox içini göynədən, ağrıdan hisslərdən biri də təmiz və müqəddəs hesab etdiyi dəyərlərin kirləndiyini görməsidir. “Boğuluram” romanı modernizmdən, sənayeləşmədən bezib kənd həyatına, təbiiliyə qayıdıb, heç olmasa, orada rahatlıq tapmaq istəyən bir insanın həyatından bəhs edir… Oruell “1984” və “Heyvanıstan”da olduğu kimi, “Boğuluram” əsərində də öz əsas mövzusundan kənar qalmayıb çox incə və ironik detallarla faşizm və bolşevizm ideologiyasını tənqid edir. Romanda hadisələr İkinci Dünya müharibəsi astanasında baş verir. Dünyanın ən mərkəzi şəhərlərindən olan Londonda insanların müharibədən necə qorxmasını, sənayeləşmənin gətirdiyi acı nəticələri – kənd həyatının məhv olması, xırda dükanların monopolistlər tərəfindən udulması, kapitalizmin insanları işin köləsinə çevirməsi – Oruell olduqca dolğun və çılpaq dillə təsvir edir.
Səhifə sayı : 328
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı