Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

Bu kitabı sifariş etmək üçün +994 70 537 21 84 nömrəsi ilə WhatsApp-dan əlaqə saxlayın
Kitablara geri qayıt
O.Henri. Hekayələr
Cover photo of 'O.Henri. Hekayələr' the book
Müəllif : O.Henri
Kateqoriya : Klassik Proza
Nəşriyyat : Altun kitab nəşriyyatı

2.40 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

Dünya şöhrətli Amerika yazıçısı yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərlərinə insan kütlələri heyran olmuş və bu, ona böyük uğur gətirmişdir. Yazıçı həyatının son səkkiz ilində 200-dən çox hekayə yazmışdır. Ustalıqla qurduğu və insanı həyəcanlandıran süjeti, incə yumoru və adamın üzünə sanki şillə vururmuş kimi sona çatan gözlənilməz sonluqlarla bitən hekayələri, qısa novella sahəsində O. Henriyə xas bir «tərz» meydana gətirmiş və bu çoxlarına ilham mənbəyi olmuşdur. Lakin O. Henrinin kasıbçılıqla keçən həyatı heç də hekayələri kimi xoşbəxt sonluqla bitməmişdir. Dünya şöhrətli yazıçı cavanlıqda hətta həbsxanaya düşmüşdür. O, yaxşı qazanmağına baxmayaraq, çoxlu içir, bütün qazandıqlarını göyə sovururdu. Heç də təsadüfi deyil ki, o öldüyü zaman cibindən cəmi cümlətanı 23 sent çıxmışdır. Həmin zaman onun cəmi 48 yaşı olub. Əminik ki, bu kitab həyatın qədrini bilənlər üçün daha maraqlı olacaq.
Səhifə sayı : 196
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı