Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

Bu kitabı sifariş etmək üçün +994 70 537 21 84 nömrəsi ilə WhatsApp-dan əlaqə saxlayın
Kitablara geri qayıt
Sərbəst İnsanlar Ölkəsində
Cover photo of 'Sərbəst İnsanlar Ölkəsində' the book
Müəllif : Əhməd Ağaoğlu
Kateqoriya : Klassik Proza Siyasət
Nəşriyyat : Kitab klubu nəşriyyatı

3.20 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

BU KİTAB İKİ VƏTƏN ÜÇÜN YAZILDI... Əhməd bəy Ağaoğlu son sözləri yazır: İndən belə Sərbəst İnsanlar Ölkəsinin vətəndaşı sayılacaqdım, - deyir. Gözlərimdə hər şey dəyişmişdi, - yazır. Hər şeydə bir gözəllik görürdüm, hər şey məni yaşamağa səsləyirdi. Və bir etirafda bulunur: Anladım ki, bütün varlığımla Azadlıq mələyinə vurulmuşam! Tarix qoyur: 4 iyun, 1930-cu il. Keçiörən. Ömrün qürubuna cəmi bir neçə il qalırdı... O Bakını, ən önəmlisi doğulduğu Şuşanı görmədən bu dünyadan köç edəcəkdi... O özü də, milləti üçün kitabda yazdığı pirlərdən—müdriklərdən biri idi. Əhməd bəy azadlığını təzəcə əldə etmiş bir ölkədə yaşayırdı. Sərhədin o tayında isə öz Vətəni istibdad altında idi. Əhməd bəy bu kitabı iki Vətən üçün yazdı. İnanırdı ki, nə vaxtsa bu yazdıqları o sərhədi keçəcək. Düz bilirdi. 70 ildən sonra o kitab saralıb-solmuş halı ilə Vətənə çatdı. Vətən azadlığını əldə etmişdi. Amma iç zəncirlərini qıra bilmişdimi? İstibdadın çökdüyü qəlbini, taxt qurduğu ruhunu azad edə bilmişdimi? Haqqı qorumaq vəzifədir - gerçəkliyinə əməl edə bilmişdimi? Sizdən soruşuram, bilmişdimi?..
Səhifə sayı : 144
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı