Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

Bu kitabı sifariş etmək üçün +994 70 537 21 84 nömrəsi ilə WhatsApp-dan əlaqə saxlayın
Kitablara geri qayıt
Dələduz
Cover photo of 'Dələduz' the book
Müəllif : Robert Walser
Kateqoriya : Proza
Nəşriyyat : Alatoran

5.60 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

Robert Walser (1878-1956). Hər bir insanın bioqrafiyasını, nə qədər insafsızca olsa da, bir neçə rəqəmə sığdırmaq mümkündür. Robert Walser 1878-ci ildə İsveçrədə, Biel şəhərində anadan olub. Ancaq daha yaxşı olar axırdan başlayaq: Robert Walser 1956-cı ilin 25 dekabrında, Herisau qəsəbəsindəki psixiatrik xəstəxanada ölüb. Yeni il qabağı şaxtalı havada onun meyidini balaca uşaqlar tapıb və polisə xəbər veriblər. R.Walser 1933-cü ildən həmin xəstəxananın pasiyenti idi. Burada yaşadığı 24 il müddətində heç bir şey yazmadı. Ölümündən sonra şöhrət qazandı. Bu gün onun adı M.Prust, Kafka, C.Coys kimi böyük yazarlarla bir sırada çəkilir. Külliyyatı 20 cilddən ibarətdir. “Dələduz” romanı haqqında. R.Walser bu əsərini karandaşla, çox kiçik hərflərlə, mikroqramlarla yazıb. Onu çapa hazırlamaq, redaktə etmək dörd filoloqun çalışmasıyla böyük zəhmət bahası- na başa gəlib. “Dələduz” — öz həcminə görə R.Walserin karandaş- la yazılmış və xilas edilmiş ən iri həcmli əsəridir. R.Walser bu əsəri təxminən 1925-ci ilin iyun-avqust aylarında yazıb. İndi artıq itib-batmış olan “Teodora” və “Tobolda” romanlarından fərqli olaraq bu romanı heç vaxt çap etdirməyə cəhd göstərməyib. Əsərin adını da nəşriyyat qoyub, çünki əlyazmada əsərin adı olmayıb. “Dələduz” öz strukturu etibarilə yazarın başqa əsərlərindən ciddi şəkildə fərqlənir. Roman zahirən tamamlanmış kimi görünsə də, bunun son nöqtəsi qoyulmuş bir mətn olduğunu söyləmək çətindir. “Dələduz” R.Walser nəsrinin özünəməxsus fraqmentarlığının manifesti hesab olunur.
Səhifə sayı : 200
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı