Kitabıstan
Kitabıstan Facebook-da
AZE ENG

Sifariş et

Bu kitabı sifariş etmək üçün +994 70 537 21 84 nömrəsi ilə WhatsApp-dan əlaqə saxlayın
Kitablara geri qayıt
Uçan Sinif
Cover photo of 'Uçan Sinif' the book
Müəllif : Erix Kestner
Kateqoriya : Uşaq ədəbiyyatı
Nəşriyyat : Parlaq İmzalar

6.40 AZN

Metrolara çatdırılma zamanı əlavə 1 AZN ödəniş

Əlaqə: (+994) 70 537 21 84

Haqqında

“Baş-başa verməyincə daş yerindən qalxmaz” deyiblər. “Uçan sinif” romanı beş dost arasındakı gözəl və səmimi dostluqdan bəhs edir. Uşaqlar Yeni il bayramına tamaşa hazırlayırlar. Amma tamaşada iştirak edən dostlarından birini on birincilər qaçırır. Və onlar qərara gəlirlər ki, dostlarını on birincilərin əlindən xilas etsinlər. Görəsən, bunu bacaracaqlarmı? Alman uşaq ədəbiyyatının klassiki sayılan Erix Kestner bu romanda uşaqların mənəvi dünyasını çox real cizgilərlə təsvir edir. Əsər boyu dostların uşaqsayağı dəcəllikləri və şıltaqlıqları insanın dodağını qaçırdır və romana incə yumor hissi qatır. Qəhrəmanların xarakterinin müxtəlifliyi – bəzisinin tənbəl və acgöz, bəzisinin savadlı və utancaq, bəzisinin qorxaq, bəzisinin də çoxbilmiş olması əsərə ayrıca şirin bir dad verir. Amma onlar bu müxtəlifliyə baxmayaraq, bütün dar məqamlarda bir-birinə dayaq olur və bu səmimiyyət insanı mütəəssir edir. Erix Kestner yazdığı uşaq kitablarına görə 1960-cı ildə uşaq ədəbiyyatının Nobeli sayılan “Anderson” mükafatına, həmçinin avtobioqrafik romanına görə “Luis Kerol” mükafatına layiq görülüb.
Səhifə sayı : 210
Dil : Azəbaycan dili
Kitab Axtar
Kitabın adı
Müəllifin adı
Ətraflı